Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Görüşdə regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.