2013-cü ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri oktyabr ayı ilə müqayisədə 0,5% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Noyabrda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,6% bahalaşıb.
Hesabat ayında qoyun və keçilərin (3,6%), mal ətinin (0,2%), qoyun ətinin (0,9%), südün (0,4%) qiymətlərində bahalaşma qeydə alınıb.
Noyabrda quş ətinin (1%), yumurtanın (3,7%) istehsalçı qiymətlərində azalma olub.
Həmin ay bitkiçilik sahəsində çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7%, birillik bitkilərin isə 0,3% bahalaşıb
Hesabat ayında qarğıdalının (0,3%), arpanın (0,9%), yaşıl lobyanın (0,3%), lobya dəninin (5,2%), göyərtilərin (0,8%), xiyarın (2%), pomidorun (1%), bibərin (0,5%), badımcanın (0,6%), sarımsağın (0,6%), baş soğanın (0,2%), kartofun (0,1%), quru otun (1,7%), yoncanın (4%), üzümün (1,7%), narın (28,5%), armudun (11%), qozun (1,4%), fındığın (16,2%) qiymətlərində artım qeydə alınıb.
Buğdanın (1%), kələmin (1,2%), almanın (16,8%), feyxoanın (14,1%), limonun (9,2%) qiymətlərində ucuzlaşma müşahidə olunub.