2013-cü ilin yanvar-noyabr aylarında “Azərsu” ASC 180 min abunəçini smart-kart tipli sayğaclarla təmin edib. Bu barədə ASC-nin məlumatında deyilir.
İndiyədək “Azərsu” abunəçiləri üçün 200 min ədəd smart-kart tipli sayğac quraşdırılıb. Quraşdırılmış sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. 40 min sayğac Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə quraşdırılıb.
ASC-nin məlumatına görə, quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür.
Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla “Azərsu” ASC üzrə abunəçilərin 53%-i sayğacla təmin olunub.
Xəbər verildiyi kimi, 2012-ci ilin may ayında “Azərsu” ASC qeyri-əhali qrupu abunəçiləri, oktyabr ayından isə əhali qrupu abunəçilərinə smart-kart tipli sayğacların quraşdırılmasına başlayıb. Ötən il “Azərsu” Bakı və Abşeronda 19,7 min ədəd smart-kart tipli sayğac quraşdırıb.
Əhali üçün sayğaclar dövlət hesabına, qeyri-əhali qrupu üçün istehlakçının öz vəsaiti hesabına quraşdırılır.