2013-cü il noyabrın 1-nə Azərbaycan banklarının ümumi aktivlərinin həcmi 19 mlrd. 604,1 mln. manat təşkil edir. Bu barədə Mərkəzi Bankın (AMB) saytında dərc edilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, cari ilin yanvar ayının 1-nə bankların ümumi aktivləri 16 mlrd. 530,4 mln. manat təşkil edib. Beləliklə, 2013-cü ilin yanvar-oktyabr aylarında banklar aktivlərini 18,6% artırıb.
AMB-nin məlumatına görə, noyabrın 1-nə bankların kredit qoyuluşları 14 mlrd. 558,3 mln. manat (2013-cü ilin 10 ayı ərzində artım 21,7% - İF-Az), məcmu kapitalı 3 mlrd. 233,1 mln. manat (artım 25,6% - İF-Az) təşkil edir.
Cari ilin noyabr ayının əvvəlinə olan vəziyyətə görə, banklar əhalidən 6 mlrd. 303,4 mln. manat (artım 23,3% - İF-Az) məbləğində əmanət cəlb edib.