2013-cü ilin noyabr ayında “Brokdil-Az” MMC Azərbaycanın dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə (Repo əməliyyatları istisna olmaqla) brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Hesabat ayında “Brokdil-Az” MMC 56 mln. 460 min manat məbləğində xidmət göstərib (oktyabrda 7-ci yer).
İkinci yeri 32 mln. 841,554 min manat məbləğində xidmət göstərmiş broker "Chealsea Kapital" MMC tutub (oktyabrda 5-ci yer).
Noyabr ayının yekunları üzrə üçüncü yerdə "Pasha Kapital" qərarlaşıb. Broker 31 mln. 402,848 min manat məbləğində xidmət göstərib (oktyabrda 1-ci yer).
2013-cü ilin noyabr ayında 10 broker xidmət göstərib.