“KPMG Azerbaijan limited” audit şirkəti Azərbaycan Mərkəzi Bankının 2013, 2014 və 2015-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun illik auditini keçirəcək. Bu barədə bankın məlumatında bildirilir.
“"KPMG Azerbaijan limited” müvafiq tenderin qalibi elan edilib. Şirkətlə müvafiq xidmət müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən, “KPMG Azerbaijan limited” 2013-2015-ci illər ərzində AMB-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarının auditini keçirəcək”, - deyə elanda bildirilir.