Kürdəmir rayonunda baş verən iki yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub, daha beş nəfər bədən xəsarətləri alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində «Mercedes», “VAZ-21011” markalı avtomobillər və “QAZ-53” markalı yük maşını toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sərnişini hadisə yerində həlak olub. Üç sürücü və daha iki sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Bundan başqa, Kürdəmir rayonunda "Hyundai" markalı avtomobil rayon sakinini vuraraq öldürüb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.