2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 89,6%-ni qeyri-ərzaq malları təşkil edib.
Yanvar-noyabr aylarında əhali onlayn rejim vasitəsi ilə sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.