Dekabrın 13-də Bakıda “Art Villa” qalereyasında “Əhval-ruhiyyənin 30 çaları” fotosərgisi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Sərgi “Art Council Azerbaijan” təşkilatının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə təşkil olunub.
Sərgidə Rüstəm Hüseynovun, Xaliq Əliyevin və Tofiq Rəşidovun insanın daxili aləmini əks etdirən fotoları nümayiş olunacaq.