“Azərsu” ASC çərşənbə axşamı Lənkəran şəhərinin və Lənkəran rayonunun beş kəndinin su təchizatına məhdudiyyət qoyub. Bu barədə ASC-nin məlumatında deyilir.
Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar dekabrın 10-12-də Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə suyun verilməsində fasilələr yaranacaq.