Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin yeni tərkibini təsdiq edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Baş nazir Artur Rasizadənin sədrlik etdiyi redaksiya heyətinin tərkibinə AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, habelə ölkənin bir sıra ali məktəblərinin rektorları daxildir.