2013-cü il noyabrın 1-nə Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli (o cümlədən ipoteka kreditləri üzrə) 827,1 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2013-cü il yanvarın 1-nə bankların belə kreditlər üzrə portfeli 703,7 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-oktyabr aylarında bankların qeyd olunan kreditlər üzrə portfeli 17,5% artıb.
Bununla yanaşı, oktyabr ayında banklar daşınmaz əmlakla əməliyyatların kreditləşdirilməsi üzrə portfeli 2,5% azaldıblar.
Bankların ümumi kredit portfelinin 5,5%-i daşınmaz əmlakın tikintisi və alışı üzrə əqdlərin kreditləşdirilməsinin payına düşür, 2012-ci ilin yekunları üzrə bu göstərici 5,7% təşkil edib.