Bakının Binəqədi rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Biləcəri qəsəbəsində “KamAZ” markalı avtomobil arxaya hərəkət edərkən 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Pərvanə Süleymanovanı vurub. P.Süleymanova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
İlkin təhqiqatın aparılması üçün sürücü Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsinə aparılıb.
Faktla bağlı cinayət işi açılıb.