SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın bir neçə rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək Yevlax və Qəbələ rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Xaçmaz şəhəri daxil olmaqla rayonun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranıb.
Bundan başqa, saat 11:00-dan 16:00-dək Pirallahı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Balakən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.