“Beynəlxalq Sığorta Şirkəti” ASC Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham )biznes assosiasiyası tərəfindən bu təşkilatın “Gümüş” üzvlüyünə qəbul edilmişdir. Bu məqsədlə keçirilən təntənəli mərasimdə “Gümüş üzv” mükafatı Assosiasiyanın 10 ildən çox loyal üzvlərdən biri olan “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin nümayəndələrinə Qurumun rəhbərliyi tərəfindən təqdim olunmuşdur. Bu barədə biznes assosiasiyanın internet səhifəsində məlumat verilmişdir.
Qeyd etmək lazımdır ki, 1996-cı ildə yaradılmış Azərbaycandakı Amerika Ticarət Palatası Respublikamızda biznes maraqlarını dəstəkləyən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır və Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən 260 üzv və tərəfdaş müəssisədən ibarətdir.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xıdmətlər göstərir.