Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfərin əsas məqsədi dekabrın 17-də Trans-Adriatik qaz kəməri (TAP) layihəsinə dair sazişin imzalanması mərasimində iştirak etməkdir.
“Bundan başqa, U.Heyqin prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.