Bakı və ətraf qəsəbələrin üç sakini dəm qazından zəhərlənərək həyatını itirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsi və Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.
Paytaxtın Nərimanov rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında rayon sakini Davud Nəsirovun evinə baxış keçirərkən onun meyitini aşkarlayıblar. Məhkəmə-tibbi ekspertiza D.Nəsirovun dəm qazından zəhərlənərək öldüyünü müəyyən edib.
Bundan başqa, Abşeron rayonunun Masazır və Ceyranbatan qəsəbələrində analoji hadisələr baş verib. Bu qəsəbələrin sakinləri Nüşabə Salamova və Şəfiqə Nəbiyevanın meyitləri yaşadıqları mənzillərdə aşkarlanıb.
Hər üç faktla bağlı araşdırma aparılır.