“Time” jurnalı Roma Papası Fransiski “İlin adamı” elan edib. Bu barədə jurnalın saytında məlumat verilir.
“İlin adamı” adına namizədlərin siyahısında ABŞ kəşfiyyatının fəaliyyəti haqda məlumatları ötürmüş Edvard Snouden və Suriya prezidenti Bəşər Əsədin də adı olub.
“Time” jurnalının versiyasına görə, ötən il Barak Obama “İlin adamı” seçilmişdi.