2013-cü ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz ixracının həcmi $1 mlrd. 265,5 mln. təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 13,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Bununla yanaşı, 2013-cü ilin III rübündə qeyri-neft-qaz ixracının həcmi $362,7 mln. təşkil edib.
Qeyri-neft-qaz ixracının xüsusi çəkisi 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixracının ümumi həcminin 5,3%-ni təşkil edib.
2012-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft-qaz ixracının həcmi $1 mlrd. 933,5 mln. təşkil edib və 2011-ci illə müqayisədə 19,1% artıb.