Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın tibb bacısının ehtiyatsızlığı üzündən baş verib.
“Tibb bacısının elektrik çaydanını cərəyana qoşulu vəziyyətdə saxlaması nəticəsində qısaqapanma baş verib və daha sonra yanğın başlayıb”, - deyə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev cümə axşamı jurnalistlərə məlumat verib.
Dekabrın 11-nə keçən gecə Penitensiar Xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib. Korpusda olan məhbusların daha təhlükəsiz yerlərə köçürülməsi təmin edilib.