Vergilər Nazirliyi 2013-cü ilin yanvar-noyabr aylarında 66,162 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Cari ilin 11 ayı ərzində 30,221 min vergi ödəyicisi və ya bu dövrdə qeydiyyata alınmış bütün hüquqi və fiziki şəxslərin 45,7%-i elektron formada qeydiyyatdan keçib.
2013-cü il dekabrın 1-nə olan vəziyyətə görə, respublikada vergi ödəyicilərinin ümumi sayı 533,093 min təşkil edir, bu isə 2012-ci il dekabrın 1-nə olan göstəricidən 11,8% çoxdur.
Yanvar-noyabr aylarında vergi ödəyicilərinin Vergilər Nazirliyinə elektron formatda göndərdikləri vergi bəyannamələrinin xüsusi çəkisi 90,4% təşkil edib.
Xəbər veridliyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi ilə qeydiyyat sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu sistem üzrə qeydiyyat prosesi Vergilər Nazirliyi vasitəsilə üç gün ərzində həyata keçirilir.
2012-ci ildə Vergilər Nazirliyi 72,263 min vergi ödəyicisini qeydiyyata alıb.