Dekabrın 16-17-də Xorvatiyanın baş naziri Zoran Milanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xorvatiyanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə iki nazir və Xorvatiya hökumətinin digər üzvləri daxil olacaq.
Səfər çərçivəsində Xorvatiyanın baş naziri Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.