2013-cü ilin oktyabr-noyabr ayları ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 733 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş müraciətlərin 541-i (29-u əsaslı, 334-ü isə əsassız, 178-i cari problemlərlə bağlı şikayət), 18-i aidiyyəti üzrə deyil, 174-u sorğu xarakterli olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.