Müdafiə naziri Zakir Həsənov İrana dəvət olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.
İran səfiri Möhsin Pakayin ölkəsinin müdafiə naziri Hüseyn Dehqanın dəvət məktubunu Zakir Həsənova təqdim edib.
Məlumata görə, iki ölkənin müdafiə nazirlərinin görüşünün gündəliyi barədə hələ heç nə məlum deyil, çünki dəvət dekabrın 10-da verilib və İran tərəfi Azərbaycanın verəcəyi cavabı gözləyir.