Timoti Tarrant "FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatının (BOKT) direktoru təyin olunub. Bu barədə təşkilatın məlumatında bildirilir.
“2013-cü ilin dekabr ayından Timoti Tarrant Maniş Saneni direktor vəzifəsində əvəz edib”,- deyə məlumatda qeyd edilir.
T.Tarrant əvvəllər 12 ildən çox "FINCA International”ın Gürcüstan və Rusiya nümayəndəliklərinə rəhbərlik edib.
“FINCA Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanda mikromaliyyələşdirmə bazarının liderlərindən biridir.