2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarına xaricdə göstərilən turizm xidmətlərinin həcmi $2,1 mlrd. təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 17% çoxdur.
Bu barədə 2013-cü ilin 9 ayı ərzində Azərbaycanın tədiyə balansı hesabatında deyilir. Hesabat Mərkəzi Bankın saytında dərc edilib.
Qeyd olunan məbləğin 62,3%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı xərclədiyi vəsaitlərin payına düşür.
Bundan başqa, cari ilin 9 ayı ərzində Azərbaycanda xarici turistlərə $1,8 mlrd. məbləğində xidmətlər göstərilib.
AMB-nin məlumatına görə, bu xidmətlərin 37,6%-i Azərbaycana işgüzar səfərə gələn qeyri-rezidentlərə xidmət göstərilməsi ilə bağlıdır.