ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun üzvlərinin sayı dörd nəfər artaraq 56 nəfərə çatıb. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat verir.
İşçi qrupunun tərkibinə Konqres üzvləri Pit Qalleqo (Texas), Pit Alsın (Texas), Henri Kuellar (Texas) və Robert Aderholt (Alabama) daxil olub.
İşçi qrupuna yuxarıda adları çəkilən konqresmenlərin cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.