Amerikanın Azərbaycandakı Ticarət Palatası (“AmCham Azerbaijan”) ölkədə biznes mühitin yaxşılaşmasında böyük rol oynayır. Bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bəyan edib.
Palatanın məlumatında qeyd olunur ki, bu həftə Bakıya rəsmi səfəri çərçivəsində E.Rubin “AmCham Azerbaijan”ın Direktorlar Şurasının üzvləri ilə görüşüb.
Özəl sektor və qərarlar qəbul edən əsas şəxslər arasında açıq dialoqa yardım etməkdə “AmCham Azerbaijan”ın əhəmiyyətini vurğulayan ABŞ Dövlət Departamentinin nümayəndəsi bunun biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına kömək etdiyini vurğulayıb. Onun sözlərinə görə, Palata Azərbaycanın bir sıra əsas qanunlarına düzəlişlərin edilməsi prosesinə töhfə verib.
“AmCham Azerbaijan” iqtisadiyyatın vergiqoyma, sığorta, maliyyə, bank işi və digər sahələrində fəaliyyət göstərən 240-dan çox yerli və xarici şirkəti birləşdirir.