Masallı şəhər sakininin avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsi və nəqliyyat vasitəsini idarə edən şəxsin hadisə yerindən qaçması faktına görə cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Dekabrın 10-da 1953-cü il təvəllüdlü şəxsi maşın vurub. Qəza nəticəsində piyada ölüb. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçaraq gizlənib.
Qəzanın baş vermə səbəbləri araşdırılarkən sürücü Salman İmranlının şəxsiyyətini müəyyən etmək mümkün olub və o tutulub.