Filippində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb. Bu barədə jurnalistlərə Filippin polisindəki mənbə məlumat verib.
Bazar ertəsi səhər saatlarında sərnişin avtobusu Manila şəhərində dərəyə düşüb. Şahidlərin jurmalistlərə verdiyi məlumata görə, maşın metal yığınına çevrilib.
Qəzanın şahidlərindən biri bildirib ki, avtobus onun idarə etdiyi avtomobili ötüb keçəndə o, eyni istiqamətdə saatda təxminən 80 km sürətlə hərəkət edirdi. Həmin vaxt avtobusun sürəti saatda 100 km-dən çox idi. Bundan başqa, qəza zamanı yağış yağırdı, yol örtüyü isə çox sürüşkən idi.