Azərbaycanın qərb bölgəsində baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Goranboy rayonunun Abasqulular kəndi ərazisində “Mitsubishi Pajero” markalı avtomobilin aşması nəticəsində sürücü hadisə yerində həlak olub, onun sərnişini isə Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.