Ən azı 17 nəfər İraqın bir sıra regionlarında baş verən partlayışların qurbanı olub. Bu barədə bazar ertəsi jurnalistlərə İraq polisi məlumat verib.
Belə ki, paytaxt Bağdadda içərisində partlayıcı maddə olan üç avtomobil partlayıb. Nəticədə 9 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Daha bir terror aktı Bağdaddan 180 km şimalda yerləşən Bayci şəhərində baş verib.
Asayiş keşikçilərinin sözlərinə görə, dörd terrorçu polis məntəqəsinin yaxınlığında partlayıcı qurğuları işə salıb.
İraqın tibb xidmətlərinin məlumatına görə, ilin əvvəlindən ölkədə 6,5 minə yaxın adam terror aktlarının qurbanı olub.