Ötən həftə ərzində Azərbaycanın hüquq-mühafizə orqanları narkotik maddə istifadə etməkdə şübhəli bilinən 32 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslərdən ümumilikdə 16,45 qram marixuana, 4,029 qram heroin, 2,691 qram tiryək müsadirə edilərək götürülüb.
Bundan başqa, həyata keçirilən əməliyyatlar zamanı narkotik maddələrin saxlanması və satışında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan 1 kq tiryək və müxtəlif psixotrop preparatlar aşkar edilib.