2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 32 mlrd. 257,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə adambaşına düşən nominal gəlirlər 6,5% - 3 min 471,7 manata qədər artıb.
Əhalinin gəlirlərinin ümumi həcmindən 68% istehlaka, 10,8% vergi və digər icbari ödənişlərə, 21,2 % əmanət və kapitalın həcminin artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 29 mlrd. 360 mln. manat məbləğində gəlir qalır ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur.