2013-cü ildə Fövqəladə Hallar Nazirliyinə əməkdaşların qanuna zidd əməllərə yol verməsi ilə əlaqdəar 133 müraciət daxil olub. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının səkkizinci ildönümü ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, işə düzəltmək adı ilə pul alınması faktı üzrə 4 iş prokurorluq orqanlarına göndərilib. O cümlədən özlərini nazirliyin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul alınması ilə bağlı 3 fakt və zəlzələdən zərər çəkmiş vətəndaşları aldadıb pul almış şəxslərlə bağlı 5 fakt üzrə iş prokurorluq orqanlarına təqdim olunub.