SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Böyük Britaniyanın BP şirkəti “Şahdəniz” yatağının işlənməsi və Cənubi Qafqaz boru kəməri magistralı (Bakı-Tiflis-Ərzurum – İF-Az) layihələrində paylarını artıracaq. Bu barədə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir.
SOCAR Norveçin “Statoil” şirkətindən bu layihələrdə 6,7%, BP şirkəti isə 3,3% iştirak payı əldə edib.
Hər iki sövdələşmə 2014-cü ildə başa çatacaq.