2013-cü ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan və gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə oluub, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, 87 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi nəticəsində 2 nəfər zərər çəkib.