2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 17 mlrd. 224,9 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 8 mlrd. 905,8 mln. manatlıq ərzaq (2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 1,3%) və 8 mlrd. 319,1 mln. manatlıq qeyri-ərzaq malları alıb (artım 20,9%).
Hesabat dövründə əhaliyə 5 mlrd. 667,9 mln. manat məbləğində xidmət göstərilib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 7,3% çoxdur. Bununla yanaşı, 4 mlrd. 259,3 mln. manatlıq xidmət və ya bütün xidmətlərin 62,8%-i hüquqi şəxslər tərəfindən göstərilib (artım 6%).