Dekabrın 19-da Şəmkir rayonunun Sabirkənd kəndində tibb məntəqəsinin tikintisi haqqında qrant müqaviləsi imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Sənədi Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takanaşi və “Lider Qadınlar” İctimai Birliyinin sədri Məlahət İbrahimqızı imzalayacaq.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilir. Layihənin dəyəri $120 506 təşkil edir.
Bu, Şəmkir rayonunda sözügedən layihə çərçivəsində reallaşdırılan ikinci layihədir. Şəmkir rayonunda layihələrin həyata keçirilməsinə $243, 861 sərf edilib.
Azərbaycanda “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində təhsil, səhiyyə, mədəniyyət, ekologiya və kənd təsərrüfatı sahələrində $14 457 799 məbləğində 176 layihə həyata keçirilib.