“Unibank” nizamnamə kapitalını 9,3% - 70 mln. 565,232 min manata qədər artırıb. Bu barədə bankın məlumatında deyilir.
Nizamnamə kapitalının artırılması 6 mln. 48 manat məbləğində səhmin əlavə emissiyası hesabına həyata keçirilib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 2,72 manat olan 2 mln. 205,9 min
ədəd imtiyazlı səhmə bölünüb.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 15 hüquqi və fiziki şəxsdir.