Azərbaycanın cənub bölgəsində baş vermiş iki yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə, daha bir nəfərin yaralanmasına səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Lənkəran rayonunun Xanbulaq kəndi ərazisində “VAZ-21099” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü hadisə yerində həlak olub, sərnişin isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Bundan başqa, həmin rayonun Göyşaban kəndi ərazisində “VAZ-21063” markalı avtomobil daş hasara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində həlak olub.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırma aparılır.