Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yubileyi qeyd olunacaq. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisin deputatı Rauf Əliyev əfsanəvi partizan Mixaylonun 95 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmək üçün Lyublyana şəhərinə yola düşüb.
Tədbir çərçivəsində M.Hüseynzadənin həyatı, İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu, faşizmə qarşı apardığı mübarizə barədə xatirələr səsləndiriləcək, ona həsr olunmuş kitabın və filmin təqdimatı olacaq, qəhrəmanın dəfn edildiyi yerdə yeni memorial kompleksin açılış mərasimi keçiriləcək.