Azərbaycan YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin vitse-prezidenti seçilib. Bu barədə cümə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
18 dekabr tarixində Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin növbəti səkkizinci sessiyası öz işinə başlayıb.
Sessiyanın əvvəlində Komitənin Bürosuna yeni üzvlər seçilib. Büroya Komitənin prezidenti qismində Belçika, vitse-prezidentlər qismində Azərbaycan, Misir, Kamboca və Mali, məruzəçi qismində isə Salvador seçilib.