Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçmiş lideri Kim Çen İrin ölümünün ikinci ildönümü ilə əlaqədar Seulda mitinqlərin keçirilməsinə cavab olaraq Şimali Koreya Koreya Respublikasını xəbərdarlıq etmədən zərbə endirməklə təhdid edib. Bu barədə cümə günü Cənubi Koreya KİV-ləri məlumat verir.
“KXDR Milli Müdafiə Komitəsi cümə axşamı Koreya Respublikasının Milli Təhlükəsizlik Şurasının ünvanına qərb sahilboyu hərbi qaynar xətti ilə faks göndərərək “xəbərdarlıq etmədən” zərbə endirməklə təhdid edib”, - deyə yüksək vəzifəli hərbi məmur mətbuata bildirib.
Cənubi Koreya KİV-lərinin qeyd etdiyi kimi, KXDR-dən son təhdid dekabrın 17-də Kim Çen İrin ölümünün ildönümü günündə bəzi konservativ qruplar və Şimali Koreya fərariləri Seulda kommunist dövlətindəki avtoritar rejim və insan hüquqlarının pozulmasına qarşı etiraz mitinqləri keçirdikdən sonra gəlib.
“Fəalların çıxışları KXDR-in indiki lideri Kim Çen Inın fotoşəkillərinin yandırılması ilə müşayət olunub”, - deyə qəzetlər yazır.