Azərbaycanın mərkəzi regionunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.
Markası müəyyən edilməmiş avtomobil şəhər sakinini vuraraq qaçıb. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində həlak olub.
Hazırda piyadanı vuran avtomobilin markası və dövlət nömrəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb.