Perunun qərbində avtobusun uçuruma yuvarlanması nəticəsində ən azı 14 nəfər həlak olub. Bu barədə cümə günü Perunun hakim dairələri məlumat verib.
Daha 25 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatda qeyd edilir ki, avtobusun sürücüsü ölkənin paytaxtı Lima şəhərindən 280 km məsafədə yerləşən dağ yollarından birində idarəetməni itirib və avtobus 20 metr yüksəklikdən uçuruma düşüb.
İlkin məlumatlara əsasən, qəza avtobusun yüksək sürətlə idarə edilməsi ilə əlaqədar baş verə bilər.