Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayına görə respublikanın bütün şəhər və rayonları üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb. Bu barədə DSMF-in məlumatında bildirilir.
Dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-in mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 20-də yekunlaşıb. Qarşıdan gələn 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər.
Məlumatda vurğulanır ki, DSMF-ə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.