Ağstafa rayonunun Kolxəlfəli kəndinə təbii qaz verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“279 abonenti olan Kolxəlfəli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 30 km uzunluğunda qaz xətləri çəkilib, 279 ədəd sayğac quraşdırılıb”, – deyə Ağstafa Qaz İstismar Sahəsinin rəisi Elxan Məmmədov bildirib.
Bununla da rayonun 27-ci yaşayış məntəqəsi qazla təmin olunub və bundan sonra 12 kəndin qazlaşdırılması istiqamətində işlər aparılacaq. İlin sonunadək rayonun Qırılı kəndinə də mavi yanacağın verilməsi planlaşdırılır.
Ağstafa rayonunda təbii qazdan istifadə edən 12 min 199 abonent var.