Qobustan və İçərişəhər qoruqlarına gücləndirilmiş mühafizə statusu verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
18-19 dekabr tarixlərində Parisdə YUNESKO-nun Baş Qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 8-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Bu statusa malik olan mədəni və tarixi obyektlər Haaqa Konvensiyasına qoşulan ölkələrin hərbi qüvvələri tərəfindən tanınan xüsusi emblem əldə edir.
İlk dəfə 2010-cu ildə Qobustan, İçərişəhər, Şirvanşahlar sarayı və Qız Qalasına gücləndirilmiş mühafizə statusu verilməsinə dair ərizə YUNESKO-nun Komitəsinə təqdim olunub.