UNESCO "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında sertifikatı Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Qeyd edək ki, cari ilin 2-7 dekabr tarixlərində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin VIII sessiyasında "Çövkən - qədim atüstü Qarabağ oyunu"nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Siyahıya, həmçinin Novruz bayramı, xalçaçılıq, tar ifaçılığı sənəti, muğam və aşıq sənəti də daxil edilib.